. .

Rusiya Vaşinqtondakı səfirini Moskvaya çağırdı

23:05 - 17 Mart
    8141 oxunma

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov təcili Moskvaya çağırılıb. 

Bizimxeber.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin yaydığı məlumatda deyilir ki, Vaşinqtondakı səfir Antonov, ABŞ-la gələcək münasibətlər kontekstində nə ediləcəyini təhlil etmək üçün məsləhətləşmələrə dəvət olunub. ABŞ-ın yeni rəhbərliyi təxminən iki aydır hakimiyyətdədir. 100 gün uzaqda deyil. Coo Bayden komandasının nə etdiyi müzakirə olunmalıdır" deyə açıqlamada bildirilir.

Nazirliyin məlumatda qeyd olunur ki,  Antonovun Moskvaya səfərinin əsas məqsədi böhran içində olan Rusiya-Amerika münasibətlərinin inkişafının mümkün yollarını təhlil etməkdir: "Amerikalılar bununla əlaqəli riskləri dərk etsələr, onların geri dönməz deqradasiyalarının qarşısını almaqda maraqlıyıq. Bu, Rusiya Xarici İşlər Nazirliyinin və digər əlaqədar idarələrin Rusiyanın Vaşinqtondakı səfiri ilə məsləhətləşmələri zamanı müzakirə ediləcək". 

Bir neçə gün əvvəl ABŞ rəhbərliyi Aleksey Navalnı ilə bağlı Rusiyaya ixrac məhdudiyyətlərini artırmaq niyyətində olduğunu bəyan etmişdir. Məhdudiyyətlər 18 mart tarixindən etibarən qüvvəyə minəcək.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84