Rusiya suriyalı muzdluları Qarabağa göndərib - 2 min dollar qarşılığında...

18:47 - 14 Dekabr
    1300 oxunma

Suriyadakı insan haqları pozuntuları ilə bağlı araşdırmaları ilə tanınan Həqiqət və Ədalət üçün Suriyalılar təşkilatı (STJ) Suriyadakı erməni mənşəli döyüşçülərin Qarabağa göndərildiyinə dair araşdırma dərc edib. 

STJ-nin tədqiqatındakı şahid ifadələrinə və hesabatlarına görə, əvvəllər Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftarın cəbhəsində döyüşən muzdluların Qarabağa aparıldığı ortaya çıxıb.

Təşkilatın araşdırmasında həm muzdlular, həm də ailələrin köçü üçün Suriya dövlət rəsmiləri ilə görüşlər aparıldığı qeyd olunub. 

Əldə edilən məlumatlara görə, Suriya erməniləri sentyabr-oktyabr aylarında Azərbaycan ordusuna qarşı döyüşmək üçün Qarabağa gəlib. Eyni hesabata görə, döyüşçülər 5 uçuşla - ilk ikisi 19-22 sentyabr tarixlərində, digərləri 12, 21 və 17 oktyabr tarixlərində gətirilib.

Oktyabrın 21-də baş tutan iki uçuşla 37 erməni əsilli döyüşçü Ermənistana göndərilib və oradan Qarabağa gediblər. Muzdlular Liviyada pul müqabilində təlimlərə yazılıblar, Ermənistan haqqında kifayət qədər məlumatlı olmayıblar və son anda Ermənistana göndəriliblər. Bu barədə onların ailələri açıqlama verib.

Ümumilikdə 37 nəfərdən ibarət olan döyüşçülərin ilk qrupunda 23 əsgər olub, onlar M. Ek. Hamud adlı maşın tərəfindən toplanıb. İkinci qrupda 14 nəfər yer alıb və M. El Fayad adlı avtomobil tərəfindən yığılıb. 

Hesabatda cəbhədə ölən və yaralananların sayı göstərilməsə də, Humus Hərbi Hospitalında növbətçi olduğu iddia edilən bir tibb əməkdaşı son 3 ayda ölən əsgər sayının 35 olduğunu iddia edib.

Erməni mənşəli muzdluların Deyr əz-Zor və Humusdan gəldiyi, demək olar ki, hamısının 5-ci Legionun üzvləri olduğu bildirilib.  “Pələng Qüvvələri” olaraq da bilinən 5-ci Legionun üzvlərinin Bəşər Əsəd qüvvələrinin bir hissəsi olmasına baxmayaraq, Rusiya tərəfindən idarə olunduğu iddia edilib. Muzdluların əməkhaqqı da Rusiya tərəfindən ödənilib.

5-ci Legion rəisinin izahatlarında bildirilir: “Ermənistana döyüşə gedən əsgərlər prosesin təfərrüatlarına tam bələd deyildilər. Başlanğıcda Liviyada pul qarşılığında döyüşmək üçün qeydiyyatdan keçdilər. Liviyada aktiv döyüşlər dayandıqda, düşünürəm ki, Ermənistanda münaqişə böyüdüyü üçün oraya göndərildilər.  Maaşlar ümumiyyətlə əsgərlərin təcrübəsinə və bacarıqlarına əsaslanır. Vəziyyətdən asılı olaraq 1000-2000 min ABŞ dolları arasında dəyişir.Lakin onların yaralanmaları halında təzminat almaq hüququ yoxdur! Ayrıca, itkin düşmüş əsgərləri axtarmaq və əsirləri dəyişdirmək məcburiyyətində deyilik. Əsgərlər ya maaşlarını özləri alırlar, ya da ailə üzvlərinə verilirdi”.

Azərbaycan Ordusuna qarşı vuruşan muzdluların cəsədləri yenidən Suriyaya göndərilib və bu transferlər yenidən Rusiya tərəfindən idarə edilib. 15 suriyalı muzdlu cəsədinin sentyabr və oktyabr aylarında geri göndərildiyi və təxminən 40 yaralı əsgərin Homsdakı hərbi xəstəxanada müalicə aldığı bildirilib. 

Şam və Beyrutdan da döyüşçülərin Ermənistana aparıldığı, lakin onların Rusiyanın yox, düşmən ölkədə olan siyasi təşkilatların nəzarətində olduğu vurğulanıb. 

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84