Rusiya qazının Ermənistana tədarükü dayandırılıb

17:55 - 26 İyun
    1280 oxunma

Tədarükün dayandırılmasına baxmayaraq, Ermənistanda istehlakçıların qaz təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.

Bizimxeber.az bu barədə "Qazprom Armenia"saytı məlumat yayıb.

Məlumata əsasən, Rusiyadan Ermənistana təbii qazın tədarükü iyunun 26-dan 29-dək müvəqqəti olaraq  dayandırılıb.
Qeyd edilir ki, tədarükün dayandırılması "Şimali Qafqaz-Zaqafqaziya"magistral qaz kəmərinin Rusiya-Gürcüstan sərhəd hissəsində baş vermiş nasazlığın aradan qaldırılması üzrə işlərin görülməsi ilə bağlıdır.

"Bu dövrdə respublika istehlakçılarının Qaz təchizatı məhdudiyyətsiz həyata keçiriləcək", - deyə şirkətdən bildirilib.

Xatırladaq ki, "Qazprom Ermənistan" - 100% Rusiyanın"Qazprom" dövlət konserninin törəmə şirkətidir. Şirkət Ermənistanda qazın nəqli və paylanması şəbəkəsinə malikdir.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84