Rusiya Qarabağa görə BQXK-ya 2 milyon ianə verdi

17:58 - 25 Dekabr
    1590 oxunma

Rusiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə Dağlıq Qarabağdakı münaqişənin humanitar nəticələrini həll etmək üçün 2 milyon İsveçrə frankı ianə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Rusiya hökumətinin qərarına uyğun olaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin büdcəsinə Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələrinin həlli ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 2 milyon İsveçrə frankı məbləğində könüllü ianə edilib", - deyə məlumatda vurğulanıb.

Bu istiqamətin Rusiya Federasiyası ilə BQXK arasında səmərəli əməkdaşlığın prioritetlərindən birinə çevrildiyi qeyd olunub: "Ölkəmiz mülki əhaliyə yardım göstərmək və bölgənin mülki infrastrukturunu bərpa etmək üçün genişmiqyaslı səylər göstərir. Komitə ilə qarşılıqlı fəaliyyətə hazırıq və ümid edirik ki, BQXK səlahiyyətləri daxilində olan sahələrdə səmərəli işləməyə davam edəcək".

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84