Rusiya MN-dən Qarabağdakı atəşkəslə bağlı açıqlama

15:08 - 14 Noyabr
    1690 oxunma

“Dağlıq Qarabağda atəşkəs rejimi bütün təmas xətti boyunca gözlənilir”. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

“Bu gündən etibarən vəziyyəti gecə-gündüz izləyən Rusiya sülhməramlı kontingentinin təmas xətti boyunca 12 müşahidə postu yerləşdirilib. “Cənub” məsuliyyət zonasında ümumilikdə 14, “Şimal” məsuliyyət zonasında isə 3 müşahidə postu qurulub. Bu gün daha 5 postun yerləşdirilməsinin başa çatdırılması planlaşdırılır”, - deyə Konaşenkov əlavə edib.

O həmçinin, qeyd edib ki, Rusiya sülhməramlılarının köməyi ilə Şuşada yaşayış məntəqəsi rayonunda həlak olanların cəsədlərinin mübadiləsinə başlanılıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84