Rusiya Müdafiə Nazirliyindən Hadrut açıqlaması

19:43 - 13 Dekabr
    1110 oxunma

Dağlıq Qarabağda atəşin dayandırılması rejiminə bütün təmas xətti üzrə riayət edilir. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, dekabrın 11-də Hadrut ərazisində atəşkəsin bir dəfə pozulması qeydə alınıb. "Bütün təmas xətti üzrə atəşin dayandırılması rejiminə riayət edilir. 11 dekabrda Hadrutda atəşin dayandırılması rejiminin bir dəfə pozulması qeydə alınıb. Rusiya sülhməramlılarının hərəkətləri ilə vəziyyətin sonrakı kəskinləşməsinin qarşısı alınıb”, - nazirliyin xəbərində deyilir. Nazirlik bildirib ki, rusiyanın sülhməramlı kontingenti ilə vətəndaşların daimi yaşama yerlərinə təhlükəsiz qayıdışı təmin olunur, humanitar kömək göstərilir, mülki infrastruktur obyektləri bərpa edilir.  

Qeyd edk ki, daa əvvəl Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin birgə məlumatında Hadrutda ermənilərin terror-təxribat və diversiya əməlləri törətdiyi bildirilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84