Rusiya ölkəsinə girişi çətinləşdirir - Yeni qanun

16:41 - 11 Sentyabr
    2135 oxunma

Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyində yeni islahat hazırlamağa başlayıb. "Kommersant" xəbər verir ki, yeni qanun layihəsi sənədlərin elektron formaya çevrilməsinə yönəlib. Hər şeydən əvvəl, bütün miqrantların barmaq izlərinin götürülməsi planlaşdırılır.

Bütün dəyişikliklər "Rusiya Federasiyasındakı xarici vətəndaşların hüquqi statusu haqqında" qanunun yeni redaksiyasına daxil ediləcək. 

Barmaq izlərini təqdim etməklə yanaşı, miqrantlardan fotoşəkil çəkdirməsi, tibbi sertifikatlaşdırma və ID kart alması tələb olunur. Qanun layihəsindəki problem ondan ibarətdir ki, sərhəddə barmaq izlərini götürmək üçün mütləq bütün postlarda, bəzilərində, hətta bir xeyli sayda uyğun avadanlıq quraşdırmaq lazım gələcək.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84