. .

Rusiya ilə İtaliya arasında casus qalmaqalı - Kreml təsdiqlədi

12:50 - 31 Mart
    7069 oxunma

Romadakı Rusiya səfirliyi casusluq ittihamı ilə hərbi attaşe aparatının əməkdaşının saxlanıldığını təsdiqlədi. 

Bizimxeber.az bildirir ki, bu barədə RİA Novosti xəbər verib.

Məlumatda martın 30-da Romada hərbi attaşe aparatının əməkdaşının saxlanılmasını rəsmi təsdiq olunub və əlavə şərh verilməyib. Rusiya diplomatik missiyada insidentin ikitərəfli münasibətlərə mənfi təsir göstərməyəcəyini bəyan edib.

Qeyd edək ki, "Repubblika" qəzeti xüsusi təyinatlı bölmələrin təhqiqatına istinadən, ROS-un Carabinieri Romada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki nəfərin saxlanıldığı barədə məlumat yaymışdır.

Qəzetin məlumatına görə, şübhəlilər Romadakı səfirliyin nəzdində fəaliyyət göstərən Rusiya zabiti və İtaliya Hərbi Dəniz Qüvvələrinin kapitanıdır. Onlar gizli sənədləri İtalyan zabiti tərəfindən pul qarşılığında verildikdən dərhal sonra saxlanılıblar.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84