Rusiya FHN Ağdamı minalardan təmizləyəcək - YENİLƏNİB + FOTO

14:37 - 04 Yanvar
    740 oxunma

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün İl-76 təyyarəsi ilə Gəncə aeroportuna enib.

12:10

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdam rayonunda minalardan təmizləmə işləri aparacaq. Bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən məlumat verib.

“Yanvarın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi göyərtəsində xilasedicilərlə birlikdə Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub.

Humanitar missiyanın bir hissəsi olaraq, pirotexniklər Ağdam rayonunda işləyəcəklər”, - deyə məlumatda bildirilib. Minalardan təmizlənmədə “Lider” və Noqinsk Xilasetmə Mərkəzindən 20 pirotexnik, həmçinin robotlarla birlikdə üç kompleks də iştirak edəcək.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84