.
.

"Rusiya Ermənistanı silahlandırmaqda davam edəcək" - Reşetnikova

17:48 - 07 Aprel
    8480 oxunma

"Ermənistan və Rusiya müəyyən edilmiş qaydada hərbi-texniki əməkdaşlığı davam etdirəcəklər".

Bizimxeber.az bildirir ki, bunu "TASS" -a Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin (FSMTC) mətbuat katibi Valeriya Reşetnikova deyib.

O deyib ki, Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində ənənəvi tərəfdaşlarımızdan biri olaraq qalır: "İki ölkə arasında əvvəllər bağlanmış müqavilələrə görə, bütün tədarüklər vaxtında və tam şəkildə həyata keçirilir". 

Valeriya Reşetnikovanın sözlərinə görə, Ermənistan və Rusiya müəyyən edilmiş qaydada hərbi-texniki əməkdaşlığı davam etdirəcəklər. Yeni sövdələşmələrin bağlanma ehtimalına gəlincə, mətbuat katibinin sözlərinə görə, bu məsələlər planlı şəkildə həll ediləcək. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84