Rusiya Ermənistandakı 102-ci hərbi bazasını genişləndirir

11:47 - 22 Fevral
    5440 oxunma

 

“Ermənistan tərəfi Gümrüdəki 102-ci Rusiya hərbi bazasının potensialının genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır”. 

Bizimxeber.az "Sputnik armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan RİA Novosti-yə verdiyi müsahibəsində deyib.

"Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birləşmiş qoşunlarına (qüvvələrinə) tam tərkibdə olan bazanın avtomatik olaraq baza imkanlarının genişləndirilməsi, Qafqaz regionunda ikitərəfli əsasda fəaliyyət göstərən kollektiv təhlükəsizlik qrupunun potensialının artmasına səbəb olur" - deyə nazir bildirib.

O həmçinin qetd edib: "Əlbəttə ki, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi bölgədəki mövcud hərbi və siyasi reallıqları nəzərə aldı və bazanın möhkəmləndirilməsi və yenidən təchiz edilməsi istiqamətində düzgün addımlar atdı. Və bu prosesin uzunmüddətli olacağına əminəm". Rusiya Silahlı Qüvvələrinin Ermənistan ərazisinə əlavə hərbi hissəsinin yerləşdirilməsinə gəlincə, Arutyunyan hesab edir ki, buna ehtiyac yoxdur.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84