Rusiya ən müasir kaset bombalarını orduya verir

11:25 - 27 May
    770 oxunma

Ən müasir “Drel” kaset bombalarının Rusiya ordusuna verilməsi 2022-ci ildə baş tutacaq. 

Bizimxeber.az-ın məlumatına görə, bunu “RİA Novosti”yə açıqlamasında “Texmaş” korporasiyasının icraçı direktoru Aleksandr Koçkin deyib. “Bu ilin sonunda sınaqları başa çatdıracağıq. Ola bilsin ki, dövlət sifarişçisinin yenidən baxılması üçün hansısa tələbləri olacaq, amma planda kütləvi alışın 2022-ci ilə baş tutması planlaşdırılır”, - icraçı direktor qeyd edib. 

Koçkinin sözlərinə görə, bu bombaların özəlliyi ondadır ki, təyyarə düşmənin olmadığı ərazidə belə onları buraxa bilər: “Drel” müstəqil şəkildə hədəfə çata və onun üzərində açıla bilər. Bundan başqa nişanalma qabiliyyətinə malik döyüş elementləri də var.

Əgər kaset hədəfi tapa bilməsə belə, döyüş əməliyyatlarından sonra yerli əhaliyə zərər verməmək üçün özünü məhv edə bilir”.

Tərlan
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84