Rusiya da bu gün kütləvi vaksinasiyaya başladı

11:31 - 18 Yanvar
    6040 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Rusiya üzrə əhalinin bütün kateqoriyalarının peyvəndlənmə kampaniyası 18 yanvar tarixindən etibarən başlayır. 

Bizimxeber.az xəbər verir ki, Rusiya vətəndaşları qeydiyyatdan keçmiş “Sputnik V” və “Epivakkorona” vaksinlərindən biri ilə ödənişsiz peyvənd oluna bilərlər. Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bildirib ki, ölkədə yanvarın sonunadək təxminən 2,1 milyon doza peyvənd dövriyyəyə daxil olacaq. O, ölkədə əhalinin kollektiv immunitet səviyyəsindən asılı olmayaraq, koronavirusa qarşı ödənişsiz peyvəndlənməsi üçün bütün resursların olduğunu qeyd edib.

“Rospotrebnadzor”un rəhbəri Anna Popova öz növbəsində bildirib ki, peyvəndlənmə payız epidemiyası mövsümünə qədər əhalidə kollektiv immuniteti formalaşdıracaq səviyyədə təşkil edilməlidir. Onun sözlərinə görə, birinci ildə ölkə əhalisinin 60%-i vaksinasiya oluna bilər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84