Rusiya Arktikada silah sınağı layihəsini bərpa edib
-
1270 oxunma

Rusiya Arktikada silah sınağı layihəsini bərpa edib. Bizimxeber.az rianovosti-yə istinadən xəbər verir ki, ÇNIItoçmaş (Mərkəzi Dəqiq Mühəndislik İnstitutu, Rostecin bir hissəsi) atıcı silahların, xüsusi qumbara atıcılarının və kiçik çaplı top silahlarının atəş sınaqları üçün laboratoriya binasının sertifikatlaşdırılması, SSRİ-nin Arktikada, çöllərdə silah sınağı üçün bağlanmış xüsusi laboratoriyanın işini bərpa edib.
"Poliqonda mənfi 60 selsidən müsbət 60-a qədər tempraturda (tozlanma, yağışlı) ekstremal şəraitlərdə atıcı silahların, xüsusi qumbaraatanların və kiçik çaplı top silahlarının (30 millimetrə qədər) silah atəşi üçün laboratoriya binasının test otaqlarının sertifikatlaşdırılması başa çatdı" - deyə müəssisənin mətbuat xidmətindən bildirilib.
1990-cı illərin əvvəllərindən etibarən test bazasının fəaliyyəti maliyyələşdirilməmişdi. Nəticədə laboratoriya yararsız vəziyyətə düşmüş və avadanlıqları köhnəlmişdi.
Silahların, hərbi və xüsusi texnikanın sınaq və eksperimental tədqiqatları üzrə elmi-texniki mərkəzin rəhbəri Sergey Karasev mütəxəssislərin itirilən unikal sınaq texnologiyasını yenidən bərpa etmək bacarıqlarının olduğunu qeyd edib.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84