.
.

Rusiya ABŞ kəşfiyyatının seçki ittihamlarına cavab verdi

12:06 - 17 Mart
    4560 oxunma


Rusiya Dövlət Duması, ABŞ kəşfiyyatının Rusiyanın 2020-ci ildə ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı bəyanat açıqlamasına reaksiya verib. 

Bizimxeber.az Rusiyanın m24.ru portalına istinadən bildirir ki, Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Anton Morozov ittihamlara cavab olaraq bildirib ki, bu siyasi motivli bəyanat kimi qiymətləndirilə bilər: "ABŞ və diğər böyük dövlətlər hər zaman daxili siyasətləri də daxil olmaqla öz uğursuzluqlarını "Rusiyanın hiyləgərliyi" ilə əsaslandırmağa çalışırlar. Bu ittihamlar əsassızdır və Rusiyanın ABŞ-ın daxili işlərinə qarışması üçün heç bir səbəb və əsası yoxdur".

Ötən günlərdə NATO Baş katibi Stoltenberg də Moskvanı Rusiya-NATO Şurasının iclasını pozmaqda günahlandırmışdı. O, Moskvanın dəfələrlə görüşdə iştirak etməkdən imtina etdiyini demişdir. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84