Rusiya ABŞ-a nota verdi - "Daxili işlərimizə qarışmayın!"

16:09 - 25 Yanvar
    5200 oxunma


Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsindən sonra ölkəni bürüyən kütləvi etiraz aksiyalarına Amerika Birləşmiş Ştatlarının (ABŞ) Moskvadakı səfirliyinin sosial şəbəkələr üzərindən dəstək verməsi iki ölkə rasında gərginlik yaradıb.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova səfirliyin ölkədəki aksiyalara dəstək məqsədli paylaşımlarına görə ABŞ-a etiraz notası verildiyini bildirib. “Pervıy kanal”a müsahibə verən Zaxarova səfirliyin bu davranışının Rusiyanın daxili işlərinə müdaxilə olduğunu qeyd edərək ABŞ-ni Rusiya qanunlarına riayət etməyə səsləyib.

Zaxarova, “Amerika səfirliyinin sosial şəbəkələrdə və internet resurslarında Rusiyanın bir sıra şəhərlərindəki icazəsiz aksiyaları dəstəkləyən mesajlar paylaşmasına görə ABŞ tərəfinə etiraz notası verilib”, – deyə vurğulayıb. /yenicag/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84