.
.

Rusiya 1 saat işıqsız qaldı - Kreml sarayı qaranlığa qərq oldu

01:13 - 28 Mart
    11520 oxunma


Rusiyada iqlim dəyişikliyinə diqqət çəkmək üçün 2000-dən çox binanın işıqları 1 saat söndürüldü.

Bizimxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən iqlim dəyişikliyinə və ekoloji problemlərə diqqət çəkmək üçün təşkil edilən tədbir çərçivəsində, tarixi Qırmızı Meydandakı Kremlin Sarayı, hökumət və parlament binaları da daxil olmaqla 2000-dən çox bina, Ostankino Qalası, Böyük Teatr, bəzi muzeylər, stadionlar və parkların işıqları 1 saat söndürüldü.

Rusiyanın Təbii Sərvətlər və Ətraf Mühit naziri Aleksandr Kozlov tədbirdən əvvəl jurnalistlərə verdiyi açıqlamada, dünyada milyonlarla insanın bu tədbirə qatıldığını söyləyərək -  "Bizim insanlar dünyada  nə baş verdiyini, sabah nə olacağını və nə üçün yaşadıqlarını düşünürlər" dedi.

WWF tərəfindən 2007-ci ildən bəri hər il təşkil edilən "Yer Saatı" tədbiri çərçivəsində dünyanın böyük şəhərlərindəki əhəmiyyətli abidələrin, tikililərin və binaların işıqları 1 saata söndürülür. Rusiya bu tədbirdə 2009-cu ildən bəri iştirak edir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84