Rus sülhməramlıları Qarabağda təlimlərə başladı

11:30 - 29 Dekabr
    2270 oxunma

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti Xankəndi və Ağdərə poliqonlarında döyüş hazırlığı təlimlərinə start verib.

Bizimxeber.az “sputnikarmenia” saytına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, atəş təlimləri zamanı hərbçilər müxtəlif növ hədəfləri avtomatlardan və pulemyotlardan, snayper tüfənglərindən, silaha bərkidilmiş qumbaraatanlardan və tank əleyhinə qumbaraatanlardan, həmçinin BTR-82A zirehli texnikalardan atəşə tutublar.

Bundan əlavə, rus sülhməramlıları qəlpəli əl qumbaralarını atma hərəkətlərini də yerinə yetirirlər. Hərbçilər 25 m məsafədən 3 mərhələdə – həm dağda, həm də dağın altında yerləşən ayaqüstü hədəflərə əl qumbaraları atıblar.

"Rusiya sülhməramlı kontingentinin komandanlığı sülhməramlı heyətin müşahidə məntəqələrində gecə-gündüz növbətçiliyinə baxmayaraq, döyüş hazırlığı, taktiki-xüsusi, atəş, habelə döyüş maşınları və digər xüsusi avtomobil texnikalarını idarə etmək də daxil olmaqla əsas döyüş hazırlığı növlərində dərslər planlaşdırıb"- deyə məlumatda qeyd olunub.

Ümumilikdə 200-ə yaxın Rusiya hərbçisinin döyüş hazırlığına cəlb edildiyi, 20-dən çox hərbi və xüsusi texnikanın iştirak etdiyi qeyd olunur.

Xatırladaq ki, atəşkəs və döyüş əməliyyatlarına nəzarət etmək üçün Dağlıq Qarabağda münaqişəsi zonasına 1.960 hərbçi, 90 zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnika miqdarında Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdir.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84