“Rus sülhməramlıları sülhü qorumaq üçün hər şeyi edirlər” - Şoyqu

15:33 - 04 Dekabr
    3770 oxunma

“Qarabağla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nümayəndələri ilə qarşılıqlı əlaqə qurulub”. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün keçirilən konfrans zamanı açıqlama verib. Nazir bildirib ki, sülhməramlılar kontingentinin münaqişə zonasına gətirilməsi bölgədəki vəziyyəti normallaşdırmağa imkan verib.

“İmzalanmış üçtərəfli atəşkəs bəyanatının şərtlərinə əməl edilir. Qeyd etmək istərdim ki, hərbçilərimiz peşəkarcasına hərəkət edir və bölgədəki sülhü qorumaq üçün hər şeyi edirlər”,- deyə Şoyqu bildirib. 

Nazir həmçinin qeyd edib ki, Rusiya hərbi qulluqçuları ərazini və yolları partlayıcı maddələrdən təmizləməyə davam edirlər: “50 hektar ərazi və 17 kilometrdən çox yol minadan təmizlənib. Mindən çox partlayıcı obyekt zərərsizləşdirilib. Laçın dəhlizi və Xankəndinə gedən magistral yolun 28 km hissəsi təmizlənib. Mülki nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84