Rus sülhməramlıları Qarabağda bütün postlarını qurdu

23:34 - 15 Noyabr
    1860 oxunma

Rusiya sülhməramlıları Dağlıq Qarabağda “Cənub” və “Şimal” məsuliyyət zonalarının hər birində doqquz müşahidə postu yerləşdirib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Qurumdan bildirilib ki, 10 noyabr 2020-ci ildən etibarən Qarabağda Laçın dəhlizində yeddi müvəqqəti müşahidə postu qurulub. “Dünən 15-ci əlahiddə motoatıcı briqadanın bölmələri tərəfindən “Şimal” məsuliyyət zonasında müşahidə postlarının qurulması tamamlanıb”, - deyə Rusiya MN-dən bildirilib.

Nazirlikdən qeyd olunub ki, hazırda Rusiya sülhməramlıları “Cənub” və “Şimal” məsuliyyət zonasının hər birində doqquz müşahidə məntəqəsində Qarabağda atəşkəsin gözlənilməsinə nəzarət edirlər.

Bizimxeber.az

  

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84