Rus sülhməramlıları Laçın dəhlizində

14:37 - 11 Noyabr
    2760 oxunma

“Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırıb, iki ölkənin silahlı qüvvələrinin bölmələri sərhədlərində dayanıb”. Bizimxeber.az-ın  “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy brifinqdə bildirib.

Onun sözlərinə görə, atəşkəs və hərbi əməliyyatlarla bağlı razılaşmaların icrasına nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisinə və Laçın dəhlizinə gətirilir.

Rudskoyun sözlərinə görə, rus sülhməramlıları Laçın dəhlizini və Laçın yolunun - Lsaqorski sovxozunun hissəsini nəzarətə götürüblər. “Bu günə qədər Rusiya Federasiyası Silahlı Qüvvələri kontingentinin bölmələri Laçın dəhlizini və Laçın– Lsaqorsk sovxozu yolunda müvəqqəti müşahidə məntəqələrinin yaradılması ilə nəzarəti ələ alıb”, - deyə o, bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84