Rus sülhməramlıları Ağdərədəki ermənilərə humanitar yardım payladı - FOTOLAR
-
1080 oxunma

Rus sülhməramlıları Ağdərə rayonundakı ermənilərə humanitar yardım çatdırıblar. Yardımlar qida və ilk yardım qutularından ibarədtdir. Bizimxeber.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Nazirliyin məlumatında bildirilir ki, Ağdərə rayonuna qayıdan 100-dən artıq ailəyə yardım verilib. Həmçinin Rusiya Müdafiə Nazirliyinin tibbi bölmələri Stepanakert və Mardakert sakinlərinə kömək göstərməyə davam edir. Rus həkimlər 63 uşaq daxil olmaqla 529 nəfər erməniyə yardım edir.
Məlumatda həmçinin qeyd olunur ki, Şuşa şəhərinin qərb kənarındakı elektrik xətlərinin bərpası üçün təmir işləri artıq başa çatdırılmışdır. 10 mindən çox insanın yaşadığı 24 yaşayış məntəqəsinə fasiləsiz elektrik enerjisi təchizatı təmin edilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Ağdərə rayonu Mardakert kimi qeyd olunub.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84