Rus hərbçilər Qarabağı minalardan təmizləməyə gəldi - VİDEO

11:42 - 23 Noyabr
    1930 oxunma

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib.

"RİA Novosti” Telegram kanalı tərəfindən yerləşdirilən videoda Rusiya hərbçilərinin xüsusi xidmət itləri ilə birlikdə təyyarəyə mindiyi əks olunur. Mərkəzin yüzdən çox mütəxəssisinin artıq İrəvana gəldiyi və Xankəndiyə doğru yola düşdüyü bildirilib. Bundan əlavə əməliyyata robotlar da daxil olmaqla xüsusi texnikanın da cəlb olunduğu qeyd olunub.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84