Ruhani ABŞ-da seçkilərdən sonrakı vəziyyətlə bağlı: “İran xalqına təslim olacaqlar”

17:02 - 05 Noyabr
    3330 oxunma

İran Prezidenti Həsən Ruhani kimin qazanmasından asılı olmayaraq, ABŞ seçkilərində qalib gələcək növbəti administrasiyanın İran xalqının iradəsinə təslim olacağını deyib. “Mehr” agentliyi xəbər verir ki, İran lideri Fars körfəzindən ölkənin mərkəzi əyalətlərinə suyun ötürülməsi layihəsinin açılış mərasimində bu barədə danışıb.

Onun sözlərinə görə, ölkəsi son aylarda görünməmiş dərəcədə çətin dövrlər yaşayıb: “Biz həmişə təzyiq altında idik (ABŞ-ın - red.), Sonra bu iqtisadi müharibəyə çevrildi. Onlar koronavirus pandemiyası fonunda sanksiyaları artırdılar”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84