Rüşvətin tender yolu - Büdcəni hələ də sökürlər

11:13 - 16 Sentyabr
    1875 oxunma

Dünyanın pandemiya burulğanında boğulduğu, böyük iqtisadiyyatın keçidi ərəfəsində Azərbaycanda dövlət qurumlarının lazımlı-lazımsız tenderlərə qatılması başadüşülən deyil.

Son bir ayda demək olar ki, bütün dövlət qurumları tenderlər elan edərək nə isə almaq istəyirlər. Yol çəklişləri, məktəb, bağça təmiri və daha vacib tenderləri başa düşmək olar. Amma əksər qurumlar elə məhsulları tenderə çıxararaq almaq istəyir ki, bunu başa düşmək olmur. Daha təhlükəlisi odur ki, alınmaq üçün tenderə çıxarılan siyahı çəmiyyətdə  böyük qıcıq yaradır. Əl-üz dəsmalı, soyuducu, paltaryuyan, televizorlar,ütülər, tozsovuranlar, diş çöpü, ayaqqabı şotkası, hamam dəsmalı və sairə kimi məhsullar ki, bunları daha sonra da almaq olar, yaxud köhnələri təmir edib bu mərhələdən adlamaq olar.

Əslində bunun hansı səbəbdən baş verdiyi bəllidir. Növbəti ilin büdcə ayırmaları gəlir və qurumlar olnara ayrılmış bu ilki vəsaiti nəyin bahasına olursa olsun həzm etməlidir. Bunun üçün də ən optimal yol tenderlə bu pulu əritməkdir. Ayrılmış maliyyədən bir manat növbəti ilə saxlamaq olmaz. Düşmən kimi dağıdırlar dövlət büdcəsini. 

Burada daha bir maraqlı məqam var ki, onu da deyim. Tenderi udan şirkətlərin kimliyinə fikir verin. Kənardan bir şirkət "X" qurumun tenderində 1 manat belə qazana bilməz. Hamsı ya rəhbərin yaxın adamlarının şirkətləridir, ya da daha yuxarda oturanların. Üstəlik tenderə çıxarılmış məhsulun kimdən alınacağı da bu talançılara bəllidir. Öz şirkətləri vasitəsi ilə hansısa dövlətdən istifadəyə yararsız ya da ucuz olan məhsullar gətirilərək gömrükdə özləri istədikləri kimi sənədləşdirilir və tenderdə satılır. Bir sözlə, indi rüşvətin tender, daha doğrusu bunlar üçün qanuni forması at oynadır. Tenderi elan edənin də, tenderi udanın da kimliyini, alınan məhsulun maya dəyərini və ölkəmizdə satışını araşdırsaq milyonların necə talandığının şahidi ola bilərik. 

Süpürgəçilərin, texniki işçilərin əmək haqlarını qaldırmaq yada düşmür. Hərdən onların dolanışıqlarının yaxşılaşdırılması üçün tender keçirmək qərarına gəlin. Əgər yadınıza düşsə...

Sadəcə yada salmaq üçün yazdım.
İşiniz avand olsun qanuni rüşvətxorlar...   

Ədil Hüseynli
Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84