Rüstəmovun əleyhinə səs verən deputat kimdir?

14:08 - 09 Aprel
    21569 oxunma

Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi haqqında məsələnin əleyhinə səs verən deputat bəlli olub. Bu barədə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

O, Elman Rüstəmovun əleyhinə səs verməsinin səbəbini açıqlayıb: “Çünki cənab Elman Rüstəmov elə başa düşür ki, Mərkəzi Bankın yeganə vəzifəsi manatın kursunun sabit saxlanılmasıdır. Halbuki başqa problemlər də var”, - deyə Q.Həsənquliyev əlavə edib. 

Bildirək ki, E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə məsələyə deputatlardan 91 nəfər lehinə, bir nəfər isə əleyhinə səs verib. /Oxu.Az/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84