Rüstəm Muradov Ermənistanın yeni müdafiə naziri ilə görüşdü

22:31 - 27 Noyabr
    2130 oxunma

Rusiya Sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanla görüşüb.  Görüşdə Qarabağdakı vəziyyət müzakirə olunub.

Erməni hərbi idarəsinin rəhbəri Rusiya tərəfinə Sülhməramlı kontingentin operativ şəkildə yerləşdirilməsi, Dağlıq Qarabağda sülhün bərqərar edilməsi və qorunması istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib.

Bildirilib ki, işlərin səmərəli təşkili üçün Dağlıq Qarabağda xüsusi qərargah formalaşdırılıb və onun tərkibinə Ermənistan Müdafiə Nazirliyi də daxildir. Ermənistan müdafiə nazirinin xahişi ilə general-leytenant Rüstəm Muradov missiyanın yerinə yetirilməsinin gedişi və sülhməramlıların dislokasiya yerindəki vəziyyət barədə məlumat verib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84