Roza Zərgərli koronavirusa yoluxub

11:57 - 20 İyul
    7010 oxunma

Müğənni Roza Zərgərli koronavirusa yoluxub. 

Bizimxeber.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir aydan çoxdur evində müalicə alır. O bildirib ki, hazırda səhhəti yaxşıdır: "Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətlərini hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə "tutqun şüşə” göründü. Evə qayıdıb, özümü müalicə etdim.

Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı odur ki, bütün ailə üzvləri bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə oldu.

İndi yaxşıyam, dadbilməm də yerinə gəlib”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84