. .

Roma Papasından Donbass açıqlaması - "Sülhə gəlin"

14:20 - 19 Aprel
    9979 oxunma

Roma Papası Fransisk Ukraynanın şərqində gərginliyin artması ilə bağlı narahatlığını bildirib və sülhə yardım etmək üçün səy göstərməyə çağırıb.

Bizimxeber.az xarici KİV-lərə istinadən bilririr ki, son aylarda atəşkəsin pozulmasının artdığı Şərqi Ukraynanın bəzi rayonlarında baş verənləri narahatlıqla izləyirəm. Hərbi fəallığın artımını həyəcanla müşahidə edirəm", - deyə o vurğulayıb.

"Ümidvar olduğumu bildirirəm ki, gərginliyin artması dayanacaq və əksinə, qarşılıqlı etimadı irəli aparmağa, barışığa və sülhə kömək edə biləcək hərəkətlər ediləcək", - deyə pontifik Vatikandakı Apostol sarayının pəncərəsindən dindarlara ənənəvi bazar günü görüşü zamanı bildirib.

Papa Fransisk Ukraynanın şərqində əhalinin düşdüyü ağır humanitar vəziyyətə də ciddi diqqət yetirməyə çağırıb. O, bu insanlara yaxın olduğunu bildirdi və möminlərdən onlar üçün dua etməyi xahiş etdi.

Qeyd edək ki, Roma Papası dəfələrlə Ukraynada barışığa çağırış, münaqişənin zərərçəkmiş əhalinin ehtiyacları və maraqları nəzərə alınmaqla dialoq yolu ilə həllinə nail olunacağına ümidini bildirib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84