Roma Papası Azərbaycan və Ermənistana çağırış etdi

00:08 - 20 İyul
    2815 oxunma

Roma Papası Fransisk son günlər Ermənistan və Azərbaycan arasında baş verən gərginlikdən narahatlığını bildirib. Bizimxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, iki ölkə arasında mövcud olan uzunmüddətli problemin həllinə sülh yolu ilə nail olmağa çağırıb.

“Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm”, - deyə pontifik bildirib.

Papa son döyüşlər zamanı ölənlərin ailələri üçün dua edəcəyini vəd verib. O, beynəlxalq ictimaiyyətin dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə biləcəyinə ümid etdiyini deyib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84