Rüfət Quliyevi susdurmaq istəyən məmur kimdir? - “Yazdırdılar və cavablarını aldılar…”

19:59 - 12 Avqust
    2015 oxunma

Deputat Rüfət Quliyev maraqlı açıqlamalar verib. Bildirib ki, barəsində mediada yer alan tənqidi materiallar onu susdurmaq məqsədi daşıyır. Rüfət Quliyevin sözlərinə görə, bəzi məmurları tənqid etdiyi üçün hədəfə gəlib. Lakin deputat konkret ad çəkməyib. Rüfət Quliyev Yenisabah.az-ın əməkdaşı ilə söhbətində də fikirlərini konkretləşdirməyib.

“Yazdırdılar və cavablarını aldılar. Əlavə deyəcəyim nəsə yoxdur. Hamı hər şeyi bilmək istəyir. Amma hələlik deyəcəklərimi demişəm”, - deyə deputat bildirib. Hakimiyyət islahatlar kampaniyası elan edəndəndən sonra Rüfət Quliyev də ümumi trendə qoşularaq məmurlar haqqında tənqidi fikirlər səsləndirib. Lakin onun tənqidlərində konkret ünvan olmayıb. 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) icra başçılarının həbsilə müşayiət olunan xüsusi əməliyyatları zamanı deputat məmurlara çağırış da edib. “Digər məmurlar da bu dərsdən ibrət almalıdır. Onlar bilməlidirlər ki, bu proses davam edir, dayanmır. Məmurlar başa düşməlidirlər ki, artıq geriyə yol yoxdur. Onlara çağırışım budur ki, vətəndaşlara daha çox qayğı göstərsinlər, onların problemlərinin həllinə çalışsınlar. Məmurlar gələcəyi düşünməlidirlər ki, bir neçə il sonra insanlar onları yaxşı xatırlasınlar”, - deyə o vurğulayıb.

Bir həftə əvvəl isə Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid atəşinə tutub. Buna görə də sosial mediada deputatın məhz bu qurumu nəzərdə tutduğu haqda ehtimallar səslənib.

Lakin R. Quliyev “Yeni Sabah”a bildirib ki, o TƏBİB-lə bağlı məsələni Milli Məclisdə səsləndirdikdən dərhal sonra qurum tərəfindən həmin problemlər həll olunub. Buna görrə də o, bu fikri səsləndirərkən TƏBİB-i nəzərdə tutmadığını vurğulayıb: “İndi mən belə tənqidi çıxışlar edəndə haqqımda yalan məlumatları yenidən yaymağa başlayıblar. Bir ay əvvəl də eyni yalanları yayırdılar. Bütün bunlar onu göstərir ki, mənim səsləndirdiyim tənqidlər hədəfinə çatıb. 

Bir neçə qurumlar var ki, mən məhz onları nəzərdə tuturam. Güman edirəm ki, lazımı nəticə çıxaracaqlar".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84