. .

Rüfət Aslanlının bankı kritik durumda

11:24 - 09 Aprel
    37474 oxunma

Azərbaycanın ən zəif korporativ bankı olan "Bank Avrasiya”nın cari ilin 1-ci rübündə də bazarda ciddi paya sahib olacağı gözlənilmir. Belə ki, sözügedən bank 2020-ci ilin sonunda ciddi itkilərdən sonra bazarın ən zəif korporativ bankı olub. Renkinqlərdən əldə edilən nəticədə bankın bir çox göstəricilərdə rəqiblərindən geri qaldığı bəlli olur. 

Bizimxeber.az Valyuta.Az-a istinadən xəbər verir ki, maliyyə bazarının ən zəif halqası olan "Bank Avrasiya” 64 milyon 17 min manatlıq biznes kreditləri ilə, 7 milyon 496 min manatlıq istehlak krediti ilə, 44 milyon 028 min manatlıq depozit portfeli ilə, 97 milyon 989 min manatlıq xalis kreditləri ilə, 88 milyon 556 min manatlıq cəmi öhdəlik və digər maliyyə maddələrində ən son sırada qərarlaşıb. 

Sabiq məmur Rüfət Aslanlıya məxsus bankın rəqiblərindən bu qədər geridə qalması "Bank Avrasiya”nın gələcəyinin parlaq olmamasından xəbər verir. 1 il ərzində xalis mənfəətindən 4 milyon 130 manat itirən bank 331 min manatlıq mənfəət vergisi ödəyib. Bundan sonra isə onun xalis mənfəəti 1 milyon 226 min manata enib.

Qeyd edək ki, "Bank Avrasiya”nın müşahidə şurasının sədri Fuad Aslanov Rüfət Aslanlının kiçik qardaşıdır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84