Reza Diqqəti Kələbcəri çəkdi- FOTOLAR

13:24 - 02 Fevral
    9240 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Diqqəti Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş əzəli torpaqlarımızda gördüklərini lentə alır.

Tanınmış soydaşımız viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün Azərbaycanda növbəti səfərdədir. R.Diqqəti artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alıb və dünya mətbuatında işıqlandıra bilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tanınmış fotoqraf budəfəki səfərində Kəlbəcər Rayon Polis Şöbəsinin qonağı olub. O, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edə bilib.

R.Diqqəti daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməsinin onda xoş təəssürat yaratdığını bildirib, bir neçə foto və video hazırlayıb, polis əməkdaşlarının xidməti şəraiti ilə yerində tanış olub.

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84