Rəsmi rəqəmlər həqiqəti əks etdirmir? - Ölüm sayının artma səbəbləri...

18:58 - 16 Dekabr
    1170 oxunma

"2020-ci ilin oktyabr ayında Azərbaycanda 5774 ölüm faktı qeydə alınıb. Müqayisə üçün, 2019-cu ilin oktyabr ayında bu göstərici 4386, 2014-2019-cu illərdə sentyabr ayı üzrə orta ölüm göstəricisi 4510 təşkil edib. Başqa sözlə bu ilin sentyabrında "artıq” ölüm 1264 təşkil edib. Qeyd edim ki, eyni göstərici iyun ayında 2163, iyul ayında 1592, avqust ayında 477, sentyabr ayında 395 təşkil etmişdi”.

Bu hesablamanı iqtisadçı Toğrul Vəliyev aparıb. Onun sözlərinə görə, artıq ölüm sayları koronavirusla bağlıdır: Ölüm statistikasına dair DSK hələ yazmayıb, amma APA və "Sputnik Azərbaycan”ın sorğusuna cavab olaraq məlumat verib ki, noyabrda ölkədə 8385 nəfər ölüb. Noyabr ayı üçün ölüm 3748 təşkil edib. Bəs bu ölüm faktları nə deməkdir?

Əgər rəsmi məlumatlara istinad etsək, müharibə nəticəsində 2783 hərbçi və 100 mülki sakin həlak olub. Sentyabr, oktyabr və noyabr ayları ərzində artıq ölüm 5407 təşkil edib. Müharibənin fəsadlarını buradan çıxsaq, bizdə 2524 qalır. Beynəlxalq praktikaya görə, artıq ölümlərin 80% COVİD-19 ilə bağlıdır. Faktiki olaraq sentyabr-noyabr ayları ərzində COVİD-19-dan 2019 nəfər vəfat edib.

Bundan başqa iyun-avqust aylarında artıq ölüm 4232 təşkil etmişdi. Onun da 80%-i 3386 edir. 

Bəs TƏBİB nə deyir? TƏBİB-in məlumatına görə, mart-noyabr aylarında Azərbaycan COVİD-19-u qeydə alınmış 1393 nəfər vəfat edib. Bizim hesablamalarımıza görə, bu rəqəm ən azı 5405 nəfərdir. Yəni ilin əvvəlindən ölüm sayının artmasına səbəb ola iki amil: COVİD-19 (5405) və müharibə (2883).

Bəs dekabrda vəziyyət necə olacaq? Təəssüf ki, optimist görsənmir. Yalnız rəsmi məlumata istinad etsək: TƏBİB-ə görə, noyabrda COVİD-19-dan 662 nəfər vəfat edib, dekabrın ayının 16-na olan göstəriciyə görə isə, 658 nəfər vəfat edib (hələ ayın sonuna 15 gün qalıb)”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84