Rəsmi Moskvadan Türkiyəyə çağırış

11:46 - 26 Oktyabr
    1850 oxunma

“Moskva Türkiyəni bütün təsirlərini atəşkəsin bərpa olunması və Dağlıq Qarabağda tənzimləmə ilə bağlı konstruktiv danışıqların başlaması yönündə istifadə etməyə çağırır”.

Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib.

O qeyd edib ki, 10 oktyabr gecəsi, 11 saat davam edən məsləhətləşmələrdən sonra Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ABŞ və Fransa nümayəndələrinin iştirakı ilə atəşkəs və konstruktiv danışıqlar prosesinin bərpasını nəzərdə tutan birgə bəyanat barədə razılığa gəliblər.

Lavrov, “Afina və Makedoniya Xəbər Agentliyi”nə müsahibəsində “Türk tərəfdaşlarımızı inandırırıq, təsirlərini bu xətt üzrə istifadə etmələri daha məqsədəuyğundur”,- deyə qeyd edib.

Bizmxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84