. .

Rəsmi Kremldən “İsgəndər”lə bağlı daha bir AÇIQLAMA

14:35 - 13 Aprel
    10252 oxunma

“Dağlıq Qarabağda “İsgəndər-M” raket parçalarının tapılması ilə bağlı mövzu Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəraitində müzakirə olunur”. Bizimxeber.az bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Hərbi xətt boyunca yaxın bir dialoq aparılır, bu müddət ərzində bütün müvafiq məsələlər müzakirə olunur”,- deyə Peskov qeyd edib. Xatırladaq ki, D. Peskov bundan öncə verdiyi açıqlamalarda Şuşaya “İsgəndər”in atılması xəbərindən məlumatsız olduqlarını açıqlamışdı.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84