Repetitorlarla bağlı qadağa nə vaxtadək davam edəcək?

23:11 - 16 May
    4625 oxunma

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Bizimxeber.az xəbər verir ki, qərara əsasən, qrup halında fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət) ilə bağlı qadağa mayın 31-dək qüvvədə qalıb. Qərar mayın 18-dən qüvəyyə minir.

Qeyd edək ki, pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalarda onlayn tədris prosesinə üstünlük verilməsi tövsiyə olunub. Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Bundan başqa, tədris vaxtı tibbi maskadan istifadə etmək, sosial məsafənin qorumaq zəruridir.

Xatırladaq ki, aprelin 27-dən etibarən şagirdlərin fərdi qaydada repetitor yanına getməsinə icazə verilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84