.
.

Rəmiş dünyasını dəyişdi

14:05 - 05 Aprel
    8080 oxunma

Xalq artisti Rəmiş (Rafiq Hüseynov) vəfat edib. 

Bizimxeber.az bildirir ki, bu barədə APA-ya həyat yoldaşı Güllü Hüseynova məlumat verib. Qeyd edək ki, Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub.

Xalq artisti Qədir Rüstəmovu, Xalq artisti Rübabə Muradovanı,Xalq artisti Yaqub Məmmədovu, Xalq artisti Səxavət Məmmədovu müşayət edib və başqa dahi şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak edib.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilib.  İfaçı 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Xalq artisti" fəxri adına layiq görülüb.

Rəmiş Güllü Hüseynovayla evlidir, bu evlilikdən öncə, iki dəfə evlilik həyatı sürüb, iki qız atasıdır bir oğlu rəhmətə gedib, Rəmiş öz atasının Hüseyn adını ona vermişdi.

Ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilmişdi. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84