Reklam yoxdursa, xalqımızın dəstəyi var – İanə kampaniyası başladı

13:53 - 09 Sentyabr
    2475 oxunma

10 ildir tam müstəqil, heç bir məmurun nəzarətində olmayan, diqtəsi ilə işləməyən, yalnız jurnalistika prinsiplərini əsas tutaraq fəaliyyət göstərən Bizimxeber.az ciddi maliyyə böhranı ilə üzləşib. 

Uzun illər ərzində reklam bazarının formalaşmaması, mətbuatın tezis üzərindən konkret maliyyə ilə qeyri peşəkar idarə olunması səbəbindən Bizimxeber.az portalı fəaliyyətini dayandırmaq məcburiyyətindədir. 

Reklam üçün yüzlərlə rəsmi, kommersiya qurumlarına, banklara, şirkətlərə müraciət etdik. Əksəriyyəti ya cavab vermədi, ya da “pulumuz yoxdur” dedi. Əslində vəziyyət aydındır. Reklam bir əldən idarə olunur, müstəqil mətbuata reklam verilməsinə icazə verilmir və sairə. Bu da bir təzyiq formasıdır.

Bu illər ərzində Bizimxeber.az tam müstəqil, qərəzsiz, heç kimə yarınmadan fəaliyyət göstərdi. Artıq tükəndik və saytın fəaliyyətini dayanmaq məcburiyyətindəyik. Biz bu millətin qanını sovuran, haram yeyən heç bir məmurlardan yox, xalqımızdan, halal pul qazanan sahibkarlardan dəstək istəyirik. 

Saytın ayaqda tam müstəqil, heç bir mövqey dəyişikliyi olmadan fəaliyyətini davam etdirmək istəyirsizsə, reklam verməklə və ya ianələr etməklə DƏSTƏK OLUN!

Azərbaycanda çox az sayda müstəqil media qalıb ki, onun da biri bizik. 

Bizimxeber.az uzun illər sizə təmənnasız xidmət etdi. Çalışdığmız qədər sizin problemlərinizi işıqlandırdıq, məhkəmələrə verildik, təzyiqlərə məruz qaldıq, amma dayanmadıq. 

Uzun illər biz SİZƏ xidmət etdik, indi SİZDƏN kömək istəyirik. İmkan verməyin Bizimxeber.az bağlansın. 

Əlaqə nömrəsi: (077)611-44-00
Bank hesabı: Internasional Bank of Azerbaijan OJSC 
AZ46IBAZ33881019446158495204

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84