REAL sədri Prezidenti təbrik etdi

12:56 - 09 Noyabr
    1130 oxunma

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov Şuaşın işğaldan azad edilməsi münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib. İlqar Məmmədovun sosial şəbəkə üzərində ünvanladığı təbrik məktubunda deyilir: "Azərbaycan espublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Silahlı qüvvələrimiz tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə partiyamızın adından Sizi təbrik, bu milli hədəfə çatmaqdan ötrü gördüyünüz bütün işlərinizə görə Sizə dərindən təşəkkür edirik.

Bu qələbə hazırda xalq olaraq apardığımız ədalətli müharibənin zəfərlə sona çatmasında ən mühüm mərhələdir. Yumruq kimi birləşmiş Azərbaycan xalqı bütün dünyaya milli varlığını, ləyaqətini, zəkasını və qətiyyətini bir daha sübut edir.

Zəfərə nail olmaqdan ötrü bundan sonra da ordumuzun rəhbərliyiniz altında düşmən ordusuna qarşı atacağı addımlarına dəstəyimizi ifadə edirik.

Bir daha hörmətlə,

Respublikaçı Alternativ (REAL) Partiyası adından

İlqar Məmmədov”

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84