. .

"Razılaşmalara alternativ yoxdur"- Lavrov İlham Əliyevin Zəngəzur dəhlizi bəyanatını şərh etdi

14:19 - 06 May
    3865 oxunma


Rusiya Xarici İşlər naziri Sergey Lavrov, İrəvandakı mətbuat konfransında Azərbaycan Prezidnti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarını şərh edib.

Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, İlham Əliyevin son bəyanatının İrəvandakı danışıqlarda müzakirə edilib-edilməməsi sualını cavablandıran rusiyalı nazir deyib ki, münaqişədən sonrakı dövrdə bütün problemlər - iqtisadi, humanitar və bir çox digər məsələlər erməni həmkarı ilə müzakirə edilib.

Onun sözlərinə görə, liderlərin üçtərəfli bəyanatı əsasında hazırlanmış kommunikasiyaların blokdan çıxarılması mexanizmi qarşılıqlı faydalı əsasda müstəsna olaraq könüllü olaraq təmin edilir.

"Bu mexanizm heç bir şəkildə diplomatik razılaşma və iqtisadi əlaqələri tamamilə ləğv edəcək qərarlardan başqa bir şey nəzərdə tutmur" deyən Lavrov üç liderin bu razılaşmalarına zidd olan hər hansı bir məsələ, əlbəttə ki, razılaşdırılana alternativ olaraq qəbul edilə bilməz.

Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84