Rayondan Bakıya gəlmək istəyənlərin nəzərinə

22:19 - 28 Aprel
    890 oxunma

Azərbaycanda koronavirusa görə elan olunmuş xüsusi karantin rejiminin şərtləri yumşaldılıb. Yumşalma nəticəsində bir çox müəssisələrin fəaliyyətinə icazə verilib. Sosial şəbəkələrdə gələn həftədən başlayaraq rayon qeydiyyatı olan şəxslərin də Bakıya buraxılmasına icazə veriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Bizimxeber.az xəbər verir ki, bununla bağlı millət vəkili Fazil Mustafa bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda müxtəlif qurumların nümayəndələri təmsil olunur və onlar real vəziyyəti daha yaxşı bilirlər:

"Vətəndaşların Bakıya buraxılmaması onların sağlamlığına xidmət edən qərardır. Ola bilsin ki, yumşalma bu istiqamətdə də olsun. Koronavirusa yoluxanların, sağalanların və ölənlərin say nisbətini müqayisə edib, bu istiqamətdə addım atıla bilər. Vətandaş Bakıya malını gətirib satmalıdır və ya müalicəsi üçün gəlməlidir. Əlbəttə, bütün bunlar insanların sıxıntısıdır. Amma birinci növbədə can sağlığı və təhlükəsizlik daha önəmlidir. Şəhərin tam yüklənməsi virusun yenidən yayılmasına səbəb ola bilər. Bu məsələdə tələsmək lazım deyil. Operativ Qərargahın verəcəyi qərarı gözləməliyik".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84