Rayon yolları ilə bağlı qadağa ləğv edildi

00:51 - 25 Yanvar
    5400 oxunma


Loading...

Bu gündən etibarən Bakı da daxil olmaqla, bir sıra şəhər və rayonlara gediş-gəlişlə bağlı qoyulan məhdudiyyət aradan götürülüb. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar qəbul edib.

Qərara əsasən, yanvarın 25-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunur. Bununla əlaqədar rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv edilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84