Ramzan Kadırov koronavirusa yoluxdu

19:42 - 21 May
    1405 oxunma

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə Moskvaya çatdırılıb.

Bizimxeber.az “BAZA” Telegram kanalına istinadən xəbər verir ki, o, Rusiyanın paytaxtında ən yaxşı klinikalardan birinə yerləşdirilib.

İlk simptomlar bir neçə gün əvvəl görünsə də, o, qripə yoluxduğunu düşünüb. Lakin Kadırovun səhhəti pisləşdiyindən həkimlər ona Moskva xəstəxanalarına müraciət etməyi tövsiyə ediblər.

Tibbi dairələrdən verilən məlumatlara görə, Ramzan Kadırovda artıq ağciyərlərin zədələnməsi qeydə alınıb. Ancaq COVID-19-a yoluxma diaqnozu hələlik təsdiq olunmayıb.   /Baku.ws

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84