. .

Türkiyədə koronavirusdan daha 218 nəfər öldü

21:19 - 13 Dekabr
    3383 oxunma

Türkiyədə son sutkada koronavirus (COVID-19) infeksiyasından 218 nəfər dünyasını dəyişib. Virtualqa.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, son 24 saat ərzində 5103 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 16 417, virusa yoluxanların sayı isə 1 836 728 nəfərə çatıb. Türkiyədə indiyədək 1 603 780 pasiyent sağalaraq evə buraxılıb.

Xatırladaq ki, ölkədə yeni növ koronavirus infeksiyası ilə bağlı sərtləşdirilmiş məhdudiyyətlər davam edir. Dekabrın 11-də yerli vaxtla saat 21.00-da tətbiq olunan növbəti 56 saatlıq “Evdə qal” rejimi sabah saat 5.00-ə qədər qüvvədədir. Bütün bu tədbirlərə baxmayaraq gündəlik yoluxma və ölüm halları artmaqdadır.

Bununla belə, mütəxəssislər, eləcə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin üzvləri hesab edirlər ki, son iki həftədə tətbiq olunan sərtləşdirilmiş məhdudiyyətlər dekabrın sonundan başlayaraq nəticə verəcək.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84