Ramiz Mehdiyevin kürəkəni və onun qudası həbs edildi - YENİLƏNİB/FOTO

13:23 - 22 Avqust
    4345 oxunma

Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayevə hökm oxunub. O, 15 sutka inzibati həbs cəzası alıb. 

***
13:19 

Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir. Oxu.Az-ın prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, o, ifadəsində karantin qaydalarının pozulmadığını, kiçik ailə məclisi təşkil etdiklərini deyib: "Məclisdə dörd nəfər ailə üzvüm və onların qohumları olub. Mən məclisə quda kimi qonaq qismində dəvət olunmuşdum. Nişan məclisi idi”. Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir. 

Məhkəmədə DİN əməkdaşı da ifadə verərək bildirib ki, həmin gün saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib. Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb.

Onun sözlərinə görə, İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib. Polislər bir nəfərə xəbərdarlıq edərək, həmin ərazidən uzaqlaşıblar. Polislərin içəri daxil olmasına mane yaradılıb.
 
 ***
13:07

Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub. O, 15 sutka inzibati həbs cəzası alıb. 
 
 ***
12:07

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb. İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib. Məhkəmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək.
 
11.48

Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılır. Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir. Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Həmin madə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir. Qeyd edək ki, həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.

 

 
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84