Ramiz Mehdiyevin kürəkəni kövrəldi: "Mümkündürsə, məni bağışlasınlar”

12:11 - 06 Sentyabr
    2875 oxunma

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev baş verənlərə görə üzr istəyib.

Bizimxeber.az-ın xəbərinə görə, sabiq deputat Ramiz Mehdiyev, eləcə də onun ailə üzvləri Azərbaycan dövlətinə sadiqdirlər: “Bu, ölənə qədər də belə olacaq. Cürət edib, Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, cəmiyyət qarşısında üzr istəyirəm”.

O, çıxışı zamanı kövrəlib: “Hisslərimi cilovlaya bilmirəm. Mümkündürsə, məni bağışlasınlar”.

Qeyd: Abşeron rayon Məhkəməsi karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib. Avqustun 18-də məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib. Onlar bu gün azadlığa buraxılıblar.

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84