Ramiz Mehdiyevə MƏHKƏMƏ-dən ilk zərbə - QƏTNAMƏ

20:56 - 03 Avqust
    4105 oxunma

Şabran Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin torpaq sahələrinin əlindən alınmasına dair qətnamə çıxarıb. 

Bu barədə Gununsesi.info-ya adıçəkilən rayondan verilən xəbərdə bildirilir. 

Məlumata görə, İlham Əliyev bu rayondan deputat seçilən zaman qanunsuz yollarla ayrı-ayrı yerli sakinlərə məxsus torpaq sahələrini ələ keçimişdi.

Ramiz Mehdiyevin “vurulmasından” sonra rayon sakinləri öz əmlak davalarını məhkəməyə daşıyıb. Dünən keçirilən prosesdə İlham Əliyevə məxsus 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.

Qeyd edək ki, İlham Əliyev bu torpaq sahələrini  “Turaz” və “Dosluq” MMC adı ilə ələ keçirib.

Bizimxeber.az

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84