Ramiz Mehdiyevə hədiyyə olunan daha bir villa - Fotolar

11:58 - 05 Sentyabr
    11475 oxunma

Azərbaycan Respublikası hər il Naxçıvan MR-a yüzmilyonlarla dollar vəsait ayırır. Məqsəd blokada şəraitində yaşayan və ciddi sıxıntılarla qarşılaşan “kiçik torpağ”ın insanların sosial rifah halını yaxşılaşdırmaq, iqtisadi çətinlikdən qurtarmaqdır.

Bizimxeber.az xəbər verir ki, Naxçıvan MR hakimiyyəti hər il ayrılan bu vəsaitlərlə bölgəni dünyanın bəlkə də ən inkişaf etmiş coğrafiyasına çevirə bilərdi.

“Kiçik torpağ”ın əhalisinin vəziyyəti isə düzəlmir. İqtisadi çətinliklər, dolanışıq dərdi naxçıvanlıları ata-baba yurdlarını tərk edib qonşu ölkələrə sığınmağa vadar edir. Naxçıvan isə günü-gündən çiçəklənir, yeni evlər, villalar tikilir, gözoxşayan yollar salınır. Zahirən insansız cənnətə çevrilən bu diyarda batini bir cəhənnəm əzabının yaşandığı heç kimə sirr deyil.

Ovqat.com yazır ki, məlumata görə, Naxçıvan əhalisinin rifahına yönəldilən dotasiyalardan Azərbaycan hakimiyyətində təmsil olunan 5-ci kolonun rəhbərlərinə də ciddi pay çatırmış. Konkret desək, Naxçıvan hakimiyyəti dotasiyaların ardı kəsilməsin deyə, rəhbər şəxslərə xeyli səxavətli davranır və onlara Muxtar Respublikanın dilbər güşələrində villalar tikib hədiyyə edirmiş.

Aşağıda kosmosdan çəkilmiş fotolarını təqdim etdiyimiz bu villa Naxçıvan şəhərinin ən gözəl məkanlarından birində inşa olunub. Naxçıvan şəhərinin qədim yaşayış massivlərindən sayılan köhnə adıyla Çuxur məhəlləsi, indiki adıyla İslam Səfərli küçəsində tikilən bu malikanə “Böyük bağ” adalanan ərazinin həndəvərində yerləşir.

Tikintini Vasif Talıbova məxsus “Gəmiqaya” Holdinq həyata keçirib. Deyilənlərə görə, gözoxşayan bu malikanənin tikintisinə şəxsən Vasif Talıbovun özü nəzarət edirmiş. Vaxtaşırı bu əraziyə gəlib inşa işləriylə maraqlanan Cənab Sədrin diqqəti sayəsində ərsəyə gələn malikanə kimə məxsus olsa yaxşıdır?

Yox, bilmədiniz. Bu malikanə heç də ölkənin birinci şəxsi üçün inşa olunmayıb. Heç Azərbaycanın Baş naziri də bu iltifata layiq görülməyib. Bəs kimdir Naxçıvan Ali Məclisinin sədrinin xüsusi diqqət ayırdığı, binəva naxçıvanlıların boğazından kəsib malikanə tikdirdiyi bu mümtaz şəxsiyyət? İnanmayacaqsınız, Azərbaycanda 5-ci kolonun rəhbəri kimi tanınan Ramiz Mehdiyev. 

Bəli, gözləriniz sizi yanıltmır. Söhbət Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti, ölkə rəhbərinin tələblərini belə qulaqardına vuracaq qədər özünü imtiyaz sahibi kimi görən akademikdən gedir.

Maraqlıdır ki, Vasif müəllimin bu böyük iltifatına layiq görülən Ramiz Mehdiyev Naxçıvan hakimiyyətinin Azərbaycanın milli maraqlarını ayaqları altına salıb tapdaladığı halda mükafatlandırılan ilk məmur da deyil. Bir zamanlar MTN sefi olan və Azərbaycanın iş adamlarına qan udduran Eldar Mahmudov da Naxçıvanda xüsusi diqqət ayrılan şəxsiyyətlərdən sayılırdı. Hətta Muxtar Respublika rəhbərliyi onun atasının adına məktəb açmış, heykəl belə, ucaltmışdı. Eldar Mahmudov vurulan kimi onun atasının şanını daşıyan məktəbin adı dərhal dəyişdirildi, heykəl yerlə yeksan olundu. Çünki Vasif müəllimin artıq bu iltifatın gətirəcəyi siyasi və ya iqtisadi dividentə də ehtiyacı qalmamışdı. /Yenisabah/

 
Ramiz Mehdiyevə hədiyyə olunan daha bir villa - Fotolar
Ramiz Mehdiyevə hədiyyə olunan daha bir villa - Fotolar
Ramiz Mehdiyevə hədiyyə olunan daha bir villa - Fotolar
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84