“Ramiz Mehdiyev öz əməlləri ilə...“ - Ayaz Mütəllibov

23:18 - 09 İyul
    2615 oxunma

Son günlər  ölkə mətbuatında, sosial şəbəkələrdə  Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində çalışan akademik Ramiz Mehdiyevin ünvanına kəskin ittihamlar səngimir.  

Hələ sovet dövründən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin fəallarından biri olmuş R. Mehdiyevin siyasi fəaliyyəti, şəxsiyyəti barədə məlumatlı olan respublikamızın 1-ci Prezidenti Ayaz Mütəllibov Moderator.az-a açıqlamasında müstəqil dövlət aparatında ən mühum vəzifələrdən birini tutmuş şəxs haqda mənfi fikirlər səslənməsindən təəssüf hissi keçirdiyini ifadə edib. 

“Təbii ki, ölkəmiz, dövlətimiz üçün ürəkaçan hal deyil. Öncə onu deyim ki, Ramiz Mehdiyev Heydər Əliyevə də, İlham Əliyevə də, eləcə də xalqa minnətdar olmalıdır ki, uzun illər bu cür bir yüksək vəzifədə çalışıb. Təxminən 25 il ərzində, iki Prezident dövründə dövlətdə ən yüksək etimada malik vəzifələrdən birini tutmuş R. Mehdiyevin siyasi fəaliyyəti haqqında bu gün xoşagəlməz fikirlər səsləndirilməsi gözlənilməz və çox təəssüfləndiricidir.

Halbuki, o, fəaliyyəti və əməlləri ilə özünün iddia etdiyi kimi, sədaqətlə xidmət etdiyi hakimiyyətdəki digər vəzifə sahibləri üçün də nümunə olmalı, xalq və dövlət naminə sidqi-ürəkdən çalışmalı idi. Amma Ramiz Mehdiyev tərəfindən belə yüksək etimadın doğrulmamasından bəhs edən bu cür ictimai motivasiya çox təəssüf doğurur. Çünki söhbət yalnız hakimiyyətin nüfuzundan deyil, bütövlükdə dövlətin nüfuzundan gedir...” – deyə sabiq dövlət başçısı bildirib.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84